Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

16 Noyabr 2017
 

Qərar № 6/21

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,

19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Rəbbin Asəf oğlu Vəliyev 1 saylı Şərur - Sədərək, Rəqsanə Yavuz qızı Məmmədova və Rahib Mərdan oğlu Mərdanov 54 saylı Şabran - Siyəzən, Qabil Təzəxan oğlu Hadiyev 72 saylı Yardımlı - Masallı, Sərraf Mahmud oğlu Əliyev 79 saylı İmişli, Səxavət Mahir oğlu Quliyev 103 saylı Gədəbəy, Kənan Kamran oğlu Abbaslı 108 saylı Ağstafa, Ruslan Felmar oğlu Ələkbərov 125 saylı Zəngilan - Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Fariz Muxtar oğlu Rüstəmov 1 saylı Şərur - Sədərək, Gültəkin Dilavər qızı Cəfərova 33 saylı Xətai birinci, Qönçə Bəxtiyar qızı Əmrullazadə və Fuad Safalı oğlu Balabəyov 54 saylı Şabran - Siyəzən, Həsrət Şahbaz oğlu Hüseynov 103 saylı Gədəbəy, Aida Marks qızı Məmmədova  108 saylı Ağstafa, Gülşən Qafar qızı Ələkbərova 125 saylı Zəngilan - Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

15.11.2017