
Rusiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub
15 Noyabr 2017
Noyabrın 15-də səhər saatlarında Rusiyanın Xabarovsk vilayətində “L-410” təyyarəsinin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, qəza zamanı təyyarənin göyərtəsində iki pilot və 7 sərnişin olub. Sağ qalan yeganə sərnişin – azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, “Xabarovsk hava yolları” şirkətinə məxsus təyyarə Xabarovskdan Nelkan qəsəbəsi istiqamətində hərəkət etmək üçün havaya qalxıb.