Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ Suriyadan çıxmaq niyyətində deyil

14 Noyabr 2017
Amerika qoşunları Cenevrə sülh danışıqları uğurla başa çatanadək Suriyada qalacaq. Bu bəyanatla ABŞ-ın müdafiə naziri Ceyms Mettis çıxış etmişdir.

Mettis jurnalistlərlə görüşündə demişdir: “Bizim hazırkı məqsədimiz İŞİD-i tamamilə məhv edənədək əməliyyatı davam etdirmək və bu terrorçu təşkilatın yeni şəkildə dirçəlməsi imkanının qarşısını almaqdır. Ona görə də ABŞ Cenevrə prosesi uğurla başa çatanadək Suriyanı tərk etməyəcək”.

Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp noyabrın 12-də Suriyada vəziyyətə dair birgə bəyanatla çıxış edərək ölkəni nüfuz dairələrinə bölməkdən imtina etmişlər. Rusiya İranın dəstəklədiyi qüvvələri Colan təpələrinin və İordaniya ilə sərhədin yaxınlığındakı rayonlardan çıxarmaq üçün Bəşşar Əsəd hökuməti ilə işləyəcək. Öz növbəsində ABŞ əcnəbi döyüşçülərin ölkəni tərk etməsi  üçün səy göstərəcək.