Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistan ordusunun artilleriyaçıları öz hərbi hissələrini atəşə tutublar

14 Noyabr 2017
Ermənistan ordusunun artilleriyaçıları öz hərbi hissələrini atəşə tutublar.

AZƏRTAC xəbər verir ki, təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar.

Belə ki, minaatan heyətin səriştəsizliyi səbəbindən atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğalı altındakı Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməyib. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilir.