Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çox pambıq tədarük olunub

14 Noyabr 2017
 

Noyabrın 14-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 175 min 201,51 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Belə ki, keçən il noyabrın 14-dək 64 min 149 ton məhsul tədarük edilmişdi.

Qeyd edək ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

AZƏRTAC pambıq tədarükünə dair noyabrın 14-nə olan operativ məlumatı təqdim edir.