Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər havanı yanacağa çeviriblər

14 Noyabr 2017
Alternativ energetika və ətraf mühit üçün təhlükəsiz olan keyfiyyətli yanacağın yaradılması bəzən alimləri zərif üsullar barədə düşünməyə vadar edir. Məsələn, Koreya Respublikasının tədqiqatçıları havadan alınan yanacağın istehsal texnologiyasını təqdim ediblər.

AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, ölkənin kimyaçılar qrupu yalnız günəş işığının enerjisindən istifadə edərək karbon qazını metana çevirə bilən nanomaterial yaradıb. İndi ekspertlər texnologiyanı yaxşılaşdırmaq üçün növbəti tədqiqata hazırlaşırlar.