Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya işgüzar səfər edəcək

14 Noyabr 2017
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Rusiyaya işgüzar səfər edəcək.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, səfər əsnasında nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada görüşü nəzərdə tutulub.

H.Hacıyev deyib ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrov noyabrın 20-də Azərbaycana səfər edəcək.