Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları seysmik stansiyalardakı iş vəziyyətini yoxlayıblar

14 Noyabr 2017
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları seysmik stansiyalardakı iş şəraitini yoxlamaq məqsədilə səkkiz rayonunda olublar.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Füzuli rayonunda olan əməkdaşlar, həmçinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə və Lələtəpə yüksəkliyinə də baş çəkiblər.

Xatırladaq ki, Cəbrayıl rayonu ərazisində yerləşən seysmik stansiya vaxtilə ermənilər tərəfindən dağıdılıb.