Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gürcüstanda yeni nazirlər bu gündən səlahiyyətlərinin icrasına başlayıblar

14 Noyabr 2017
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili yeni nazirlərin təyinatı barədə sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Dmitri Kumsişvili Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, Mamuka Baxtadze maliyyə naziri, Mixail Çxenkeli elm və təhsil naziri, Qeorqi Qaxariya isə daxili işlər naziri vəzifələrinə təyin olunublar.

D.Kumsişvili, eyni zamanda, Baş nazirin birinci müavini, Q.Qaxariya isə Baş nazirin müavini vəzifələrini də icra edəcəklər.

Baş nazir Giorgi Kvirikaşvilinin digər sərəncamına əsasən daxili işlər, elm və təhsil, maliyyə və iqtisadiyyat nazirlərinin səlahiyyətlərini icra edən müavinlərin icraçılıq fəaliyyətləri dayandırılıb. Onlar artıq bu gündən nazir müavini vəzifələrini icra edəcəklər.

Nazirlər bu gün təyin olunduqları strukturların kollektivinə təqdim olunublar.