Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Antalyada şiddətli qasırğa ciddi fəsadlar yaradıb

14 Noyabr 2017
Türkiyənin Antalya bölgəsində şiddətli qasırğa ciddi fəsadlar yaradıb. Təsərrüfata böyük ziyan vuran qasırğa nəticəsində 25 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, güclü yağış və qasırğa Kaş, Finike, Demre və Kumluca rayonlarında daha böyük dağıntılara səbəb olub. Külək avtomobilləri aşırıb.

Dəymiş zərərin hesablanması üçün komissiya yaradılıb.