Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Strateji Yol xəritələrində Sahibkarlığa Kömək Milli Fondunun icraçı olduğu tədbirlərin icrası müzakirə edilib

13 Noyabr 2017
İqtisadiyyat Nazirliyində Strateji Yol xəritələrində Sahibkarlığa Kömək Milli Fondunun icraçı olduğu tədbirlərin icrası müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Strateji Yol xəritələrində nəzərdə tutulmuş və nazirlik üzrə Sahibkarlığa Kömək Milli Fondunun icraçı olduğu tədbirlərin icrası ilə bağlı iqtisadiyyat nazirinin müvafiq əmri ilə müəyyənləşdirilmiş əlaqələndirici struktur bölmələrin iştirakı ilə iclas keçirilib.

İclasda Strateji Yol xəritələrinin tədbirlər planlarında İqtisadiyyat Nazirliyi üzrə fondun icraçı olduğu tədbirlərin icra vəziyyəti müzakirə edilib, tapşırıqların icra vəziyyəti və gedişatı barədə hesabat məruzələri dinlənilib. Həmçinin tədbirlərin icrasının tamamlanması üçün görülməsi tələb olunan işlər və gözlənilən nəticələr barədə müzakirələr aparılıb.

İclasda, həmçinin "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş müvafiq tapşırıqların icrası ilə əlaqədar hazırlanacaq inkişaf proqramlarının əhatə edəcəyi məsələlər və tədbirlər də müzakirə edilib.

Strateji Yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tapşırıqların icra vəziyyətinin iqtisadiyyat nazirinin müvafiq əmri ilə müəyyən olunmuş icraçıların və nazirlik üzrə aidiyyəti əlaqələndirici struktur bölmələrin iştirakı ilə müzakirəsinin aparılması tədbirləri davam etdirilir.