Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyədə 38 terrorçu zərərsizləşdirildi

13 Noyabr 2017
Noyabrın 6-dan 13-dək Türkiyədə keçirilmiş antiterror əməliyyatlarının gedişində 38 terrorçu zərərsizləşdirilmişdir. Bu barədə Daxili İşlər Nazirliyi məlumat vermişdir.

Məlumatda deyilir ki, son bir həftə ərzində ölkə ərazisində həyata keçirilmiş 1456 antiterror əməliyyatının gedişində 16 terrorçu öldürülmüş, 14 cinayətkar yaxalanmış, 8-i isə silahı yerə qoyub hüquq-mühafizə orqanlarına təslim olmuşdur. Zərərsizləşdirilmiş terrorçular arasında Daxili İşlər Nazirliyinin xüsusilə təhlükəli cinayətkarlar siyahısına daxil etdiyi “Musa” ləqəbli Koçali Bala da var.
Qeyd edək ki, PKK terrorçu təşkilatı Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar həyata keçirir. Türkiyənin yaranmış vəziyyəti nizama salmaq yollarını axtarıb tapmaq şərtlərinə baxmayaraq, PKK 2015-ci ilin iyulunda terror aktlarını bərpa etmişdir. O vaxtdan bəri təxminən 500 dinc sakin və təhlükəsizlik qüvvələrinin 900 əməkdaşı həlak olmuşdur. Antiterror əməliyyatlarının gedişində PKK-nın 10 mindən çox terrorçusu məhv edilmiş, yaxud həbs olunmuşdur.