Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aİ Venesuelaya silah embarqosu qoydu

13 Noyabr 2017
Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin xarici işlər nazirləri Venesuelada siyasi böhran fonunda bu ölkəyə qarşı silah embarqosu tətbiq etmək qərarına gəlmişlər. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Söhbət silahlardan və ölkənin hakimiyyət orqanlarının müxalifətə qarşı repressiyalar həyata keçirmək üçün istifadə edə biləcəyi digər avadanlıqdan gedir. Nazirlər Venesuelada davam edən böhrandan narahatlığını ifadə etmiş, qanunun aliliyi prinsipinə əməl etməyənləri və insan hüquqlarını pozanları cavab tədbirləri ilə hədələmişlər.

Həmçinin ayrı-ayrı şəxslərə qarşı fərdi sanksiyaların tətbiqi proseduru sadələşdirilmişdir. Söhbət sözügedən şəxslərin Aİ ölkələrinin ərazisinə girişinin qadağan olunmasından və onların aktivlərinin dondurulmasından gedir.