Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlin heç bir fəslində əriməyən buz otel

13 Noyabr 2017
İsveçin buz otellər tikintisi üzrə ixtisaslaşmış “ICEHOTEL” şirkəti öz müştərilərinə yeni layihə təqdim edib.

AZƏRTAC billionnews.ru saytına istinadla bildirir ki, otel ölkənin qütb dairəsinin 200 kilometrliyindəki kəndlərdən birində yerləşir. Binanın daxilində temperatur mənfi 5-8 dərəcə arasında dəyişir.

Buz çarpayıların üzərinə maral dərisi salınır, gecə isə müştərilərə termik yataq verilir.

Xüsusi soyutma sistemləri hesabına ilin heç bir fəslində əriməyən oteldə buzdan hazırlanmış kilsə, kokteyl zalı və saunalar fəaliyyət göstərir.