Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Oktyabrda Ukraynadan şəkər ixracatının 29 faizi Azərbaycanın payına düşüb

13 Noyabr 2017
Ukraynada oktyabr ayında şəkər ixracatı, sentyabr ayı ilə müqayisədə 2,5 dəfə çox olub. Belə ki, oktyabrda Ukrayna 42,3 min ton şəkər ixrac edib.

AZƏRTAC-ın “Ukrçukor” Milli Şəkər İstehsalı Assosiasıyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrda Ukraynadan şəkər ixracatının 29 faizi Azərbaycanın payına düşüb.

Ukraynadan şəkər ixrac olunan ölkələr arasında MDB, Avropa dövlətləri də var.