Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gürcüstanda Konstitusiyaya yeni dəyişikliklər ikili vətəndaşlığa imkan verəcək

13 Noyabr 2017
Yeni dəyişikliklər gələn ilin payızında keçiriləcək prezident seçkilərindən sonra qüvvəyə minəcək

 

Gələn ildən Gürcüstan vətəndaşları başqa ölkələrin vətəndaşlığını qəbul edə biləcəklər. Buna ölkə Konstitusiyasına edilmiş yeni dəyişikliklər imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə parlamentin sədri İrakli Kobaxidze televiziyadakı çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, yeni dəyişikliklər ikili vətəndaşlığa liberal yanaşılır. Gürcüstan vətəndaşları ikinci vətəndaşlıq aldıqda öz ölkəsinin vətəndaşlığını itirməyəcəklər.

Kobaxidze Konstitusiyadakı bu dəyişikliklərin həm Gürcüstan vətəndaşları, həm də xaricdəki diaspora nümayəndələri üçün vacib olduğunu deyib.

Yeni dəyişikliklər gələn ilin payızında keçiriləcək prezident seçkilərindən sonra qüvvəyə minəcək.