Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İran-İraq sərhədində baş verən zəlzələnin Azərbaycandakı ocaqlarla əlaqəsi yoxdur

13 Noyabr 2017
Noyabrın 12-də yerli vaxtla saat 22:18:16-da İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Azərbaycanın İranla həmsərhəd olan bölgələrində - Naxçıvan Muxtar Respublikasında və cənub rayonlarında zəif hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, baş verən zəlzələnin Azərbaycandakı ocaqlarla heç bir əlaqəsi yoxdur. Ölkə ərazisində güclü zəlzələ gözlənilmir və bu barədə yayılan informasiyalar əsassızdır.

Mərkəz media nümayəndələrinə vətəndaşlarımızın məsələyə həssas yanaşdıqlarını, əhalinin bu kimi xəbərləri narahatçılıq və qorxu ilə qarşıladığını nəzərə alaraq məlumat yayarkən diqqətli olmalarını tövsiyə edib.