Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Otlardan hörülmüş körpü

13 Noyabr 2017
Perunun Kanas və Kusko əyalətlərinin sakinləri dərin dərə üzərindən otlardan hörülmüş körpü salıblar.

AZƏRTAC billionnews.ru saytına istinadla bildirir ki, uzunluğu 36 metr olan körpü əlaqəsi kəsilmiş bir neçə kəndi birləşdirir. Qadınlar quru otlardan kəndir hörərək bu işdə kişilərə kömək ediblər.

Körpünün quraşdırılmasında kəndlərin 1000 nəfərə qədər sakini iştirak edib. Maraqlıdır ki, bütün proseslər yalnız əllə, xüsusi mexanizm olmadan görülüb.