Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən elan edilmiş müsabiqənin müddəti uzadılıb

13 Noyabr 2017
Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən elan edilmiş müsabiqənin müddəti uzadılıb.

Bu barədə AZƏRTAC-a komitənin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyən təşkilatlar sorğunun keçirilməsi ilə bağlı təkliflərini və öz təşkilatları barədə məlumatları bu ilin noyabrın 17-dək rəsmi şəkildə komitəyə göndərə bilərlər.

Müsabiqədə ölkədə fəaliyyət göstərən ixtisaslaşmış sorğu mərkəzləri iştirak edə bilər.

Qeyd olunub ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 11.6-cı bəndinin (Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi) icrasının təmin edilməsi məqsədilə elan edilib.

Sözügedən sorğunun məqsədi komitə tərəfindən xidmətlərin göstərilməsi zamanı dəqiqlik, operativlik, qərəzsizlik, qanunauyğunluq və digər prinsiplərə əməl olunması səviyyəsini öyrənməkdir. Sorğunun ölkədə fəaliyyət göstərən 100 sahibkar arasında keçirilməsi nəzərdə tutulur.