Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşəcək

13 Noyabr 2017
Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 17-də Bərdə rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında bölgə vətəndaşları ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarından olan sakinlərin müraciətlərini dinləyəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-317-93-60) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.