Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Oktyabrda BTC kəməri ilə 2,2 milyon tondan artıq Azərbaycan nefti nəql olunub

13 Noyabr 2017
2017-ci ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 268 min 672 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar- oktyabr aylarında bu kəmərlə 22 milyon 595 min 463 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər BTC-yə 344 milyon 133 min 525 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC kəməri ilə 545 min 988 ton Türkmənistan nefti nəql olunub.