Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

12 Noyabr 2017
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78; 2015, № 11, maddə 1282; 2016, № 11, maddə 1751) aşağıdakı dəyişikliklər edilsin:

1. 30.2.6-cı maddədə “otuz ildən çox tarixi” sözləri “1960-cı ildən əvvəlki dövrə aid” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 30.2-1-ci maddə əlavə edilsin:

“30.2-1. Kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, bu qanunun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilmir.”.

3. 41.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“41.2. Müvafiq icra hakimiyyəti orqanı bu qanunun 30-cu maddəsində göstərilən mədəni sərvətləri mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edir və onlara mühafizə şəhadətnaməsi verir.”.

4. Aşağıdakı məzmunda 41.3-cü və 42.1-1-ci maddələr əlavə edilsin:

“41.3. Müvafiq icra hakimiyyəti orqanı mühafizə olunan mədəni sərvətlərin siyahısını öz rəsmi internet saytında yerləşdirilməklə onun mütəmadi yenilənməsini və  rəsmi nəşrlərdə dərc edilməsini təmin etməlidir.

42.1-1. Bu qanunun 30.2-1-ci maddəsində nəzərdə tutulan mədəniyyət məhsullarının üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat, məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsasdır.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2017-ci il