Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının fəaliyyətinin təmin edilməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 dekabr tarixli 275 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

12 Noyabr 2017
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli

724 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının fəaliyyətinin təmin edilməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 dekabr tarixli 275 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 721) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və preambulasında “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

2. 1-ci hissəsində “Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının rəisinin vəzifə maaşı Azərbaycan Respublikası milli təhlükəsizlik naziri müavininin” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rəisinin vəzifə maaşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti aparatının baş idarə rəisinin” sözləri ilə əvəz edilsin.

3. 2-ci, 3-cü və 4-cü hissələri ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 noyabr 2017-ci il