Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiya Federasiyasının Udmurtiya Respublikasında ikigünlük matəm elan edilib

11 Noyabr 2017
İjevskdə yaşayış binasının çökməsi nəticəsində həlak olanlarla əlaqədar Udmurtiya Respublikasında (Rusiya Federasiyası) ikigünlük (şənbə və bazar günləri) matəm elan edilib. Bu barədə Udmurtiya rəhbəri Aleksandr Breçalov fərman imzalayıb.

AZƏRTAC TASS İnformasiya Agentliyinə istinadla xəbər verir ki, regionda təkcə TV əyləncəli verilişləri və reklamları deyil, bütün əyləncəli tədbirlər və konsertlər ləğv edilib. İnsanlar cümə günündən başlayaraq uçmuş binanın yanına güllər gətirirlər.

Faciə nəticəsində 7 nəfər həlak olub. Regionun hökumət orqanları dəfnin təşkilinə kömək edəcək. Zərərçəkənlərə kompensasiya ödəniləcək.

Xatırladaq ki, yaşayış binasında partlayış noyabrın 10-da baş verib. Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.