Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

FHN Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb

11 Noyabr 2017
Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi rayonunda çoxmənzilli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas olunub, 20 nəfər təxliyə edilib. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.