Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransı keçirilib

10 Noyabr 2017
Noyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının X konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda 65 ərazi ilk partiya təşkilatından nümayəndə seçilmiş 287 nəfərdən 279 nəfər və 31 dəvət olunan şəxs iştirak edib.

YAP Siyasi Şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov konfransda iştirak ediblər.

Konfransda hesabat məruzəsi ilə YAP Ağdam rayon təşkilatının sədri vəzifəsini icra edən Zülfü Qasımov çıxış edib. O, ötən konfransdan keçən dövr ərzində rayon təşkilatının fəaliyyəti barədə məlumat verib.

YAP rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Mehdi Məmmədov qrupun hesabat dövründəki fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Sədrin hesabat məruzəsi ətrafında rayon təşkilatının Qadınlar Şurasının sədri Mətanət Misirxanova, rayon təşkilatının Gənclər Birliyinin sədri Azər Əliyev və Hüseyn Bayramov çıxış ediblər.

YAP Siyasi Şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov tədbirdə çıxış ediblər.

Allahverən Əliyev Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri seçilib.

Konfransda 33 nəfər tərkibdə şura, 17 nəfərdən ibarət idarə heyəti və 5 nəfərlik nəzarət-təftiş qrupu seçilib.

Baxşeyiş Əliyev və Xəyalə Əliyeva YAP Ağdam rayon təşkilatının sədr müavinləri seçiliblər.