Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Maarifləndirici turlarda Xəzər rayonunun məktəbliləri də iştirak edəcəklər

10 Noyabr 2017
Noyabrın 10-da Xəzər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində məktəblilərlə görüş keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, görüşdə icra hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyasının Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Xəzər Rayon Təhsil İşçiləri Həmkarlar Təşkilatının sədri Həzərxan Əbilov, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, turda iştirak edən 40 nəfər şagird və valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan G.İslamov məktəblilərə turun məqsədi barədə məlumat verib, ölkə başçısının gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb. Həmçinin bildirilib ki, artıq 4 ildir ki, Prezident İlham Əliyevin tapşırığı ilə yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında səfər turları təşkil olunur. Səfərlər ölkəmizin müxtəlif şəhər və rayonlarına, o cümlədən Naxçıvan Muxtar Respublikasına olunub. Cari ilə qədər 13 min 648 məktəbli həmin turlarda iştirak edib. Noyabrda 4 istiqamət üzrə 76 rayon və şəhərdən 3213 şagird turda iştirak edəcək. Noyabrın 11-də şagirdlərimiz 40 nəfər heyətlə Gəncə, Şəmkir və Göygöl rayonlarına səfərə çıxacaqlar.

Daha sonra tədbirdə çıxış edənlər maarifləndirici aksiyanın əhəmiyyətindən danışaraq yaradılan şəraitə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.