Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fövqəladə Hallar Nazirliyi biznes mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

10 Noyabr 2017
Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonunda biznes mərkəzində baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Nərimanov rayonunda ümumi sahəsi 920 kvadratmetr olan altımərtəbəli mansard tipli “AFEN PLAZA” biznes mərkəzinin altıncı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kvadratmetr olan ofisin yanar hissələri yanıb. Yanğın zamanı 42 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.