Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa Parlamentinin sədri Aİ-də islahatlar keçirməyə çağırır

10 Noyabr 2017
Avropa Parlamentinin sədri Antonio Tayani Berlin divarının sökülməsinin ildönümü ilə əlaqədar ənənəvi “Berlin nitqi” ilə çıxış edərkən Avropa İttifaqında (Aİ) islahatlar keçirməyə və Avropa dəyərlərini qorumağa çağırmışdır. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

Tayani terrorizmlə mübarizədə Avropa ölkələrini daha sıx əməkdaşlıq qurmağa çağırmışdır. Onun dediyinə görə, Aİ miqrasiya siyasətində müharibə gedən regionlardan gələn məcburi qaçqınlarla iqtisadi miqrantlar arasında dəqiq fərq qoymalıdır. Avropa Parlamentinin sədri Afrika ölkələri ilə Aİ-Türkiyə sazişinə uyğun müqavilələr bağlamağı təklif etmişdir. O qeyd etmişdir ki, “biz yalnız Çinin Afrikaya qayğı göstərməsinə imkan verməməliyik”.