Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İstanbulda İŞİD-in 80-dən çox üzvü yaxalandı

10 Noyabr 2017
Türkiyə hüquq-mühafizə orqanlarının İstanbulda keçirdiyi reydin gedişində İŞİD terrorçu təşkilatı ilə əlaqədə şübhəli bilinən 80 nəfərdən çox adam həbs olunmuşdur. Bu barədə “Habertürk” qəzeti xəbər verir.   

Məlumata görə, tutulanlar əcnəbilərdir. Onlar İraq və Suriyada münaqişə zonalarına getməyə hazırlaşırmışlar. Əməliyyat İstanbulun müxtəlif rayonlarında 14 ünvanda keçirilmişdir.

Xatırladaq ki, srağagün Ankarada oxşar əməliyyat zamanı İŞİD-in 101 üzvü həbs edilmişdir.