Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

London Brexitin tarixini qanunda təsbit etmək niyyətindədir

10 Noyabr 2017
Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından (Aİ) çıxmasının tarixini qanunla müəyyənləşdirmək niyyətindədir. Hökumətin nümayəndəsi bildirmişdir ki, parlamentə Qrinviç vaxtı ilə saat 23.00 29 mart 2019-cu il tarixi təklif olunacaq. Brexit məsələləri üzrə nazir Devis Devisin dediyinə görə, Brexitin dəqiq tarixi və vaxtı Aİ-dən çıxmaq haqqında qanunun əlavə maddəsində təsbit ediləcək. Sözügedən maddə hazırda Britaniya parlamentində müzakirə olunur.   

Bu tarix əvvəllər müəyyən edilmişdir. Belə ki, 29 mart 2017-ci ildə Aİ-yə Brexit barədə rəsmi ərizə təqdim olunduqdan sonra Londonla Brüssel arasında danışıqlar prosesinin ikiillik müddəti  məhz o vaxt bitir. Lakin bu tarix heç bir qanunda yazılmamışdır və ona görə də Böyük Britaniyanın Aİ-dən çıxmasının tərəfdarları ehtiyat edirlər ki, danışıqlar ağır keçdiyindən proses uzana bilər.

Parlament Brexit haqqında qanuna dəyişikliklər edilməsini gələn həftə səsə qoyacaq. Ölkənin Aİ-dən çıxmasını təsdiqləmək üçün yekun səsverməyədək bir neçə ay keçə bilər.