Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kataloniya parlamentinin eks-spikeri həbs edildi

10 Noyabr 2017
İspaniya Ali Məhkəməsi Kataloniya parlamentinin sabiq sədri Karme Forkadelin ilkin həbsi barədə qərar qəbul etmişdir. İspaniya televiziyası məhkəmədəki mənbələrə istinadən xəbər verir ki, 61 yaşlı siyasətçi 150 min avro girov qoymaqla azadlığa çıxmışdır.

Forkadel və Kataloniya parlamentinin daha beş sabiq deputatı iki gün əvvəl məhkəmədə uzun-uzadı izahat vermişlər. Prokurorluq eks-spikeri və daha üç keçmiş deputatı girov qoyub azadlığa çıxmaq imkanı olmadan həbs etmək tələbi irəli sürmüşdü. Sözügedən siyasətçilərin hamısı Kataloniya parlamentinin regionun müstəqilliyini elan etməsi ilə əlaqədar qiyam qaldırmaqda və dövlət vəsaitini israf etməkdə ittiham olunur.