Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiyada poliqonda döyüş sursatının partlaması nəticəsində iki hərbçi həlak olub

10 Noyabr 2017
Rusiyanın Zabaykalye diyarındakı Tsuqol poliqonunda döyüş sursatının partlaması nəticəsində bir zabit və bir hərbi qulluqçu həlak olub, daha beş hərbçi yaralanıb.

AZƏRTAC xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, partlayış noyabrın 10-da sahələrin partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı baş verib.