Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistan ordusunun zabiti döyülərək xəstəxanalıq edilib

10 Noyabr 2017
İşğalçı Ermənistan ordusunun Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrindən birində daha bir ağır cinayət hadisəsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, alayın zabiti kapitan Qurqen Qriqoryan xidmət yoldaşları tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır.