
FHN: Biznes mərkəzindən nazirliyin xilasetmə qüvvələri tərəfindən 40 nəfər təxliyə olunub
10 Noyabr 2017
Paytaxtın Nərimanov rayonunda yerləşən “AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda yanğının tam söndürülməsi işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri 40 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər. Əlavə məlumat veriləcək.