Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Lənkəran-Astara bölgəsinə düşən yağıntının miqdarı 4-52 millimetr təşkil edib

10 Noyabr 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Departamentdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-21, Lənkəran-Astara zonasında 4-52, Böyük Qafqazda 2-21, Mərkəzi Aran rayonlarında 3-19, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə bölgəsində 1-11, Naxçıvan Muxtar Respublikasında 3-16 təşkil edib.