Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı məktəblisi BMT-nin sammitində IDEA İctimai Birliyinin fəaliyyətindən danışıb

10 Noyabr 2017
Almaniyanın Bonn şəhərində BMT-nin Ədalətli İqlim Konfransı çərçivəsində on üçüncü Gənclər Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın 114 ölkəsindən 1500-dən artıq gənc iştirak edib. Azərbaycanı sammitdə təmsil edən Bakı Atatürk liseyinin onuncu sinif şagirdi Fidan Dərgahlı ölkəmizdə ətraf mühitin qorunması istiqamətində görülən işlər, məktəblərdə mütəmadi keçirilən ekoloji maarifləndirmə tədbirləri barədə məlumat verib. Ölkəmizin ekologiya sahəsində aparıcı təşkilatı olan IDEA İctimai Birliyinin fəaliyyətinə toxunan məktəbli vurğulayıb ki, bu qurum meşəlik ərazilərin genişləndirilməsi məqsədilə mütəmadi ağacəkmə aksiyaları keçirir. Son illər iqlim dəyişikliyi və qlobal istiləşmənin ciddi ekoloji təhlükəyə çevrilməsi fonunda yaşından asılı olmayaraq hər bir şəxs ətraf mühitin mühafizəsinə töhfəsini verməlidir. Ekoloji maarifləndirmənin daha çox diqqətdə saxlanılması vacibdir.

Sammit çərçivəsində görüş iştirakçılarına IDEA İctimai Birliyinin beşillik fəaliyyətini əks etdirən hesabat və ətraf mühit sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə müxtəlif məzmunlu materiallar paylanılıb.