Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kopenhagen dünyanın ən “ağıllı” şəhəri hesab edilib

10 Noyabr 2017
İsveçin “Easypark” İT şirkəti ekspertlərinin araşdırmalarına görə, Kopenhagen dünyanın ən “ağıllı” şəhəridir. Şirkətin dərc etdiyi reytinqdə Danimarka paytaxtından sonra Sinqapur və Stokholm şəhərləri gəlir. Siyahını hazırlayanlar sürətli internet, ekoloji cəhətdən təmiz enerji ilə təchizat, əhalinin yüksək fəallığı, sahibkarlar üçün əlverişli şərait və digər amilləri nəzərə alıblar.

AZƏRTAC xəbər verir ki, Almaniya şəhərləri arasında ən “ağıllı” Berlin hesab edilib. Bu şəhər beynəlxalq reytinq siyahısında 13-cü yerdədir. Siyahıda Hamburq 14, Münxen 25, Düsseldorf 26, Bayroyt 29, Hannover 30-cu yeri tutub. Rusiya şəhərlərindən Moskva 77, Sankt-Peterburq 88-ci yerdə olub.

“Easypark” şirkətinin açıqladığı siyahı urbanizasiya və informasiya texnologiyalarının inkişafı mövzularını işıqlandıran 20 min jurnalistin dəyərləndirməsinə əsasən dünyanın 500 şəhəri haqqında məlumata əsaslanıb.