Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İstanbulda İŞİD əməliyyatı: 82 nəfər saxlanılıb

10 Noyabr 2017
Türkiyənin İstanbul şəhərində yeddi müxtəlif rayonda İŞİD terror təşkilatına qarşı əməliyyat təşkil edilib. Nəticədə 82 şübhəli həbs olunub.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, saxlanılanlar xarici vətəndaşlardır. Şübhəlilərin ünvanlarında axtarış zamanı çox sayda rəqəmsal material və təşkilati sənədlər aşkarlanıb.
İŞİD-ə qarşı Adanada keçirilən əməliyyat zamanı isə Suriya əsilli 11 şübhəli saxlanılıb.
Əməliyyat tədbirləri davam etdirilir.