Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilir

10 Noyabr 2017
Noyabrın 10-da Bakıda “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi ilə əlaqədar təşkil olunan konfransda Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrdən nümayəndələr, QHT-lərin, KİV-lərin təmsilçiləri iştirak edirlər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli deyib ki, regionumuzda yeni çağırışların yaranması, dünyada islamofobiyanın artması, üzləşdiyimiz ikili standartlar və başqa proseslər türkdilli ölkələrin qarşılıqlı fəaliyyətini, onların bir-birinə dəstək olmasını və sıx əməkdaşlığını zəruri edir. Sevindirici haldır ki, birgə işlərimiz artıq öz nəticələrini verməkdədir. Buna misal olaraq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini göstərmək olar. Prezident İlham Əliyev dəmir yolu xəttinin istifadəyə verilməsi mərasimində bildirib ki, bir çoxları bu layihənin reallaşmasına inanmırdılar. Ancaq biz göstərdik ki, bu, mümkündür.

Konfrans mövzu ilə bağlı məruzələrlə və panel müzakirələrlə işini davam etdirir.