Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İjevskdə yaşayış binasının uçması nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb

10 Noyabr 2017

Rusiyanın Udmurtiya Respublikasının İjevsk şəhərində yaşayış binasının bir hissəsinin uçması nəticəsində həlak olanların sayı 6 nəfərə yüksəlib. İnsident nəticəsində, həmçinin 3 nəfər də yaralanıb. Dağıntılar altında insanların qaldığı istisna edilmir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov qəzanın nəticələrinin aradan qaldırılması işlərini şəxsən koordinasiya etmək üçün İjevskə gedib.

Xatırladaq ki, noyabrın 9-da axşam saatlarında İjevsk şəhərində yaşayış binasının bir hissəsi uçub, 8 mənzil tamamilə dağılıb. İlkin versiyaya görə, qəzaya məişət qazının partlaması səbəb olub. Binanın sakinləri təxliyə edilib. Xilasedicilər dağıntıları təmizləyirlər.

Hadisə ilə bağlı cinayət işi açılıb. Şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub.