Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağ ev: Vyetnamda Tramp və Putinin görüşü olmayacaq

10 Noyabr 2017
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı (APEC) liderlərinin Vyetnamda keçirilən sammitində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında formal görüş olmayacaq. Bu barədə Ağ evin mətbuat katibi Sara Sanders məlumat verib.

AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, bunun səbəbi Ağ ev başçısının qrafikinin sıxlığı ilə izah olunur.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, görüşün razılaşdırılması istiqamətində iş gedir və hələlik aydınlıq yoxdur. Bundan əvvəl Kreml və Vaşinqton prezidentlərin APEC sammiti çərçivəsində görüşünü istisna etmirdilər.

Vladimir Putin artıq Vyetnama gəlib. Onun Yaponiya, Çin, Filippin, Vyetnam və digər ölkələrin liderləri ilə ikitərəfli görüşləri planlaşdırılır.