Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa-Qafqaz-Asiya dəhlizi ilə 9 ayda 38911,8 min ton yük daşınıb

10 Noyabr 2017
2017-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38911,8 min ton, yük dövriyyəsi isə 8343,7 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 24013 min tonu və ya 61,7 faizi avtomobil nəqliyyatı, 9589,8 min tonu və ya 24,7 faizi dəmir yolu nəqliyyatı, 5309 min tonu və ya 13,6 faizi dəniz nəqliyyatı ilə daşınıb.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,7 faiz artım müşahidə edilib.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19 faizini və ya 7386,3 min tonunu tranzit yüklər təşkil edib.