Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

10 Noyabr 2017
Hər il noyabrın 12-si Azərbaycanda dövlət bayramı olan Konstitusiya Günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, noyabrın 10-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi Əsas Qanunun qəbul edilməsinin 22 illiyi münasibətilə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri və əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirələri anılıb, məzarları üzərinə güllər qoyulub.