Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə xalqı Atatürkün xatirəsini yad edir

10 Noyabr 2017
Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün vəfatının 79-cu ildönümü ilə əlaqədar qardaş ölkədə anım günü keçirilir.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Anıtqəbirdə anma mərasimi təşkil olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, siyasi partiya rəhbərləri və hökumət üzvləri Anıtqəbrə gələrək Türkiyənin xilaskar oğlunu ehtiramla yad ediblər.

Atatürkün məzarı önünə əklil qoyulub.

Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin xatirə kitabına ürək sözlərini yazıb.

Hazırda Anıtqəbir kompleksində böyük izdiham yaşanır. Türkiyə xalqı öz xilaskar oğlunu ehtiramla yad edir.

Bundan başqa, Türkiyənin hər yerində anma mərasimləri təşkil olunub.