Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiya XİN: Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcək

09 Noyabr 2017
ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünü təşkil edəcəklər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə məlumat verib.

AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in rəsmisi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Cenevrə sammitinin yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırdığını bildirib. M.Zaxarova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar digər görüşlərin də keçirilə biləcəyini istisna etməyib.