Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəhriyar Məmmədyarov: Rusiya şahmatçıları favorit hesab olunsalar da, onları məğlub etməyi bacardıq

08 Noyabr 2017
Artıq üçüncü dəfədir Avropa çempionu oluruq. Düzdür, ilk çempionluqla indiki arasında böyük fərq var. Amma yenə də bu, bizi sevindirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 8-də şahmat üzrə üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov milli komandamızın qitə birinciliyinin qalibi olması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

Şahmatçı deyib: “Çempionat gərgin idman mübarizəsi şəraitində keçdi. Komandamız yarışa çox ciddi hazırlaşmışdı. Rusiya yığması turnirin favoriti hesab olunsa da, biz onları məğlub etməyi bacardıq. Qazanılan uğur münasibətilə xalqımızı təbrik edirəm”.