Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tofiq Quliyev adını daşıyan musiqi məktəbində anılıb

08 Noyabr 2017
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində görkəmli bəstəkarın 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin istedadlı şagirdlərinin ifasında Tofiq Quliyevin “Rəqs”, “Mahnı”, “Vals”, “Kamilin mahnısı”, “Bakılıyam mən”, “Faytonçu”, “Sənə də qalmaz”, “Sevinc nəğməsi” kimi bir çox əsərləri səsləndirilib.

Məktəbin xor kollektivinin ifasında səslənən bəstəkarın “Sabahın xeyir, Azərbaycan”, “Neftçi mahnısı” da maraqla dinlənilib.