Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

08 Noyabr 2017
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 604; 2007, № 5, maddə 442; 2008, № 11, maddə 958; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1148; 2016, № 3, maddə 409, № 10, maddə 1602; 2017, № 1, maddə 6) aşağıdakı dəyişikliklər edilsin:

1.  7.3-cü maddədən “, feldyeger-poçt” sözləri çıxarılsın.

2.  Aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:

“Maddə 11-1. Xüsusi poçt rabitəsi xidməti

11-1.1. Xüsusi poçt rabitəsi xidməti “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qorunan məlumatların, qiymətli metalların, qiymətli daşların, zərgərlik məmulatlarının, qiymətli kağızların və xüsusi yüklərin göndərildiyi poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasını və ünvan sahiblərinə çatdırılmasını həyata keçirir.

11-1.2. Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydalarını, habelə xüsusi yüklərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2017-ci il