Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əzələləri inkişaf etdirən idman hərəkətləri ölüm riskini 23 faiz azaldır

07 Noyabr 2017
Avstraliyanın Sidney Universitetinin alimləri bəzi idman hərəkətlərinin insan ömrünün uzatdığını bildiriblər.

AZƏRTAC “American Journal of Epidemiology” dərgisinə istinadla xəbər verir ki, elm adamlarının araşdırmasında ürək-damar və xərçəng xəstəliklərindən əziyyət çəkən 80 min nəfər iştirak edib.

Tədqiqat nəticəsində məlum olub ki, əzələləri inkişaf etdirən yüngül idman hərəkətlərinin müntəzəm olaraq yerinə yetirilməsi erkən ölüm riskini 23, xərçəng xəstəliyi ilə əlaqədar ölüm riskini isə 31 faiz azaldır.

Dünya Səhiyyə Təşkilatı yetişkinlərə hər həftə 150 dəqiqə aerobika, həftənin iki günü isə əzələləri inkişaf etdirən idman hərəkətləri ilə məşğul olmağı tövsiyə edir.